GDU-da “Beynəlxalq Ailə Günü”nə həsr edilmiş tədbir keçirilib

Gəncə Dövlət Universitetində “Beynəlxalq Ailə Günü”nə həsr edilmiş tədbir keçirilib.

   Öncə Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Ailə Gününün tarixi və əhəmiyyəti haqqında danışıb. Bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. Ölkəmizdə ailə məsələlərinə diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

     Tədbirdə Sosial  fənlər kafedrasının müdiri Cavid Bağırzadənin “Azərbaycanda  tarixi  ailə  ənənələri”, Kimya kafedrasının müdiri Aynur Məmmədovanın ,,Ailə Azərbaycan  Respublikasının Dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi”, universitetin hüquqşünası Günay Şirinovanın ,,Ailə hüququnun əsasları”, Filologiya fakültəsinin baş müəllimi Mətanət Mahmudovanın “Ailədə və cəmiyyətdə qadınların rolu”, Filologiya fakültəsinin tələbəsi Nəzrin Əkbərovanın “Ailə müqəddəsdir” mövzularında məruzələri dinlənilib.

    Çıxış edənlər ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailə münasibətlərinin tənzimlənməsi və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində dövlətin həyata keçirdiyi tədbirlər haqqında ətraflı danışıblar.   

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti