Gəncə Dövlət Universitetində İnformasiya Resurslarının Formalaşması şöbəsinə müdir vəzifəsi üzrə vakansiya elan edilir!

İnformasiya resurslarının formalaşması şöbəsinin yaradılmasının əsas səbəbi müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsidir.

Gəncə Dövlət Universitetində İnformasiya Resurslarının Formalaşması şöbəsinə müdir vəzifəsinə aşağıdakı tələbləri ödəmək şərti ilə vakansiya elan edilir!

Əsas vəzifə öhdəlikləri:

  • Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi;
  • Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması;
  • Kadr potensialının gücləndirilməsi;
  • Normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
  • Elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı bakalavr və müəllimlərin təkliflərini toplamaq  və ümumiləşdirmək;
  • Tələbələrin məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron vasitələrin imkanlarından istifadə etmək;
  • Tələbələrin attestasiyasına dair elektron məlumat bazasını yaratmaq, yeniləmək və ondan səmərəli istifadə etmək;
  • Eduman platformasında Modullar üzrə hesabatların hazırlanması və cavabdeh şöbələrin cari vəziyyət barədə məlumatlandırılması və yekun olaraq qaydaya salınmasına nəzarət.

Əsas tələblər:

  • Əla Kompüter bacarığının olması;
  • Azərbaycan, ingilis və rus dillərində mükəmməl danışma, yazma və redaktə etmək bacarığı;
  • Sosial şəbəkə təcrübəsi və sosial analitik alətlərinin bilikləri;
  • Elektron təhsil texnologiyaları haqqında digər biliklərinin olması.

Müraciət tarixi:

01.11.2020 – 25.11.2020