GDU 9-cu Beynəlxalq Kitab Sammiti çərçivəsində keçirilən Qərbi Balkanlar İnformasiya və Media Savadlılığı Konfransında təmsil olunub
Gəncə Dövlət Universiteti 9-cu Beynəlxalq Kitab Sammiti çərçivəsində keçirilən Qərbi Balkanlar İnformasiya və Media Savadlılığı Konfransında təmsil olunub. Konfrans Gəncə Dövlət Universitetinin beynəlxalq kredit mobilliyi proqramından tərəfdaşı olduğu Limerik Texnologiya Universiteti tərəfindən təşkil olunub. Konfransda bölmə sədri qismində Gəncə Dövlət Universitetinin fəxri professoru, İsgəndəriyyə kitabxanasının təsisçi direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin də çıxış edib. 9-10 Dekabr 2020 tarixlərində baş tutan onlayn konfransda dünyanın informasiya və media savadlılığı sahəsindən olan çoxlu sayda mütəxəsisləri bir araya gəlib. Tədbirdə Beynəlxalq Kitabxana İnstitutları və Assosiasiyaları Fedarasiyasının prezidenti Christine MacKenzie və İnternetin yaradıcılarından hesab olunan Vinton Gray Cerf kimi tanınmış simalar məruzəçi qismində çıxış ediblər. Konfransda Gəncə Dövlət Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və Texnologiyanın transferi şöbəsinin müdiri Razim Əliyev təmsil edib.