GDU-da EDUMAN proqram təminatının tətbiqinə başlanılması ilə əlaqədar universitetin professor-müəllim heyyəti üçün təlimlərə start verilir
İnformasiya resurslarının formalaşması şöbəsi
Gəncə Dövlət Universitetində Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması məqsədi ilə EDUMAN proqram təminatının tətbiqinə başlanılmışdır. Bu səbəbdən 5 fevral 2024-cü il tarixdən etibarən universitetin professor-müəllim heyyəti üçün təlimlərə start verilir. Təlimlər Gəncə Dövlət Universitetinin Əsas tədris binasında – İnnovasiyalar Departamentinin Akt zalında keçiriləcək.
EduMan – “Təhsil İdarəetmə Sistemi” üzrə təlim planı
- Fənn kataloqu
- Akademik qrup, Fənn üzrə qrup, Fənn üzrə yarımqrup
- Tədris planı, Təqvim planı
- Elektron Jurnal
- Kabinetlər
- Hesabatlar
- Fənn kataloqu menyusu haqqında ümumi məlumat – 2 dəqiqə
- Akademik qrup, Fənn üzrə qrup, Fənn üzrə yarımqrup menyusu haqqında ümumi məlumat – 2 dəqiqə
- Tədris planı, Təqvim planı menyusu haqqında ümumi məlumat – 2 dəqiqə
- Elektron Jurnal menyusu haqqında ümumi məlumat – 10 dəqiqə
Jurnala qiymətlərin əlavə edilməsi – 5 dəqiqə
Sərbəst işlərin əlavə edilməsi-5 dəqiqə
Laboratoriya işlərinin əlavə edilməsi-5 dəqiqə
İmtahan qiymətlərinin əlavə edilməsi – 3 dəqiqə
- Müəllim kabineti haqqında ümumi məlumat – 10 dəqiqə
- Hesabatlar modulu haqqında ümumi məlumat – 10 dəqiqə
Eduman – “Təhsil İdarəetmə Sistemi” üzrə təlim qrafiki
№ | Fakültə | Təlim günü – saatı |
1 | Kimya – biologiya | 05.02.2024 – 10.00 |
2 | Filologiya | 05.02.2024 – 15.00 |
3 | Riyaziyyat – informatika | 06.02.2024 – 10.00 |
4 | Fizika və texniki fənlər | 06.02.2024 – 15.00 |
5 | Pedaqoji | 08.02.2024 – 10.00 |
6 | Xarici dillər | 08.02.2024 – 15.00 |
7 | Magistratura şöbəsi | 08.02.2024 – 15.00 |
8 | İqtisadiyyat və idarəetmə | 09.02.2024 – 10.00 |
9 | Tarix-coğrafiya | 09.02.2024 – 15.00 |