GDU-nun əməkdaşı beynəlxalq elmi konfransda

Gəncə Dövlət Universitetinin elmi katibi, İnformatika və cəbr kafedrasının dosenti Meşaik Seymur 14–15 yanvar 2026-cı il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində yerləşən Şarja Universitetində təşkil olunmuş Riyaziyyat üzrə II Şarja Beynəlxalq Elmi Konfransında iştirak etmişdir.

S.A. Meşaikin riyaziyyat elminin cəbr və riyazi məntiq sahəsi üzrə “İkiqiymətli iterativ Post cəbrlərinin düz hasilində bir sıra submaksimal altcəbrlər” mövzusunda çıxış etdiyi elmi məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Dünya universitetləri reytinqində ilk 250–300-lükdə yer alan Şarja Universitetinin ev sahibliyi etdiyi bu nüfuzlu konfrans çərçivəsində alimlər arasında elmi müzakirələr aparılıb, yeni tanışlıq və əməkdaşlıq perspektivləri formalaşdırılıb.

Dünyanın 20-dən çox ölkəsindən qatılan riyaziyyatçı alimlər arasında əməkdaşımızın da təmsil olunması, ölkəmizin və universitetimizin adının beynəlxalq elmi müstəvidə səsləndirilməsi böyük qürur mənbəyidir.