Müasir təbiət elmlərinin aktual problemləri Beynəlxalq elmi konfrans

01-02 may 2020-ci il tarixdə Gəncə Dövlət Universitetində keçirilməsi nəzərdə tutulmuş “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda elmi konfransı Covid-19 Pandemiyası ilə əlaqədar olaraq təxirə salınmışdır. Konfransın təşkil ediləcəyi yeni tarix haqqında əlavə məlumat karantin müddəti bitdikdən sonra elan ediləcəkdir.


Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
• Müasir kimyanın aktual problemləri;
• Müasir biologiyanın aktual problemləri.

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 13 mart 2020-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
e-mail: elm@gdu.edu.az

Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 15 mart 2020-ci il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 01 may 2020-ci il;
Konfransın təntənəli açılış mərasimi 01 may 2020 -ci il;
Bölmə iclasları 01-02 may 2020-ci il;
Konfransın bağlanış mərasimi 02 may 2020-ci il.

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
  3. Xülasə: Azərbaycan, rus, ingilis dili.
  4. Konfransa problem xarakterli məqalələr qəbul olunur.
  5. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
    Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
    Materialların strukturu:
  6. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
  7. Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
  8. Təşkilat və şəhərin adı-adi şriftlə;
  9. Hər bir müəllifin adına bir məqalə olmalıdır.
    Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
    Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
    Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri; Azərbaycan Respublikası.
    E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88.