UNİVERSİTETİMİZDƏ MEDİATS LAYİHƏSİNİN MONİTORİNQİ KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində MEDİATS layihəsinin monitorinq görüşü keçirilmişdir. Monitorinqdə Azərbaycanda fəaliyyət göstərən Milli Erasmus + Ofisinin rəhbəri Pərviz Bağırov, monitorinq və məlumatlandırma üzrə məsul şəxs Zəfər Həsənov, universitetimizlə yanaşı layihənin digər yerli tərəfdaşı Xəzər Universitetinin nümayəndəsi Siyasi elmlər və fəlsəfə departamentinin rəhbəri Elmar Mustafayev iştirak etmişdir.
Monitorinqin əsas məqsədi “Erasmus+” proqramının MEDİATS-Təlimin və Cəmiyyətin transformasiyası layihəsi çərçivəsində sənədlərlə tanışlıq, görülən işlər və perspektivdə duran layihənin fəaliyyət planı, Azərbaycanda cəmiyyətdəki mediasiya dəyərlərini inkişaf etdirmək, universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək və ölkədə Avropa təcrübəsindən faydalanaraq münaqişələrin obyektiv həllini yaxşılaşdırmaqdır.
Görüşdə müzakirələr aparılaraq layihənin icra vəziyyəti, çətinliklər və öhədliklərlə bağlı ekspertlər tərəfindən tövsiyyələr verilmişdir.