Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş kitabların təqdimatı keçirilmişdir
Gəncə Dövlət Universitetində Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bayram Apoyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “Nizamidə özünütərbiyə” və “Heydər Əliyev və Nizami Gəncəvi” kitablarının təqdimat mərasimi keçirilmişdir.
Mərasimi Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq müəllifin gərgin axtarışlarının bəhrəsi olan bu kitabların əhəmiyyətindən danışmış, hər iki kitabın Nizami Gəncəvi ilinə samballı hədiyyə olduğunu qeyd etmişdir.
Müəllifin nəvəsi babasına həsr etdiyi şerini söylədikdən sonra universitetin Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova “Nizami Gəncəvinin şəxsiyyət konsepsiyasında tərbiyə məsələləri”, Azərbaycan tarixi kafdrasının dosenti Cavid Bağırzadə “Heydər Əliyev və Nizami Gəncəvi” kitabının elmi əhəmiyyəti”, Azərbycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov ”Nizami Gəncəvinin pedaqoji görüşləri” mövzularında məruzələri dinlənilmişdir.
Universitet Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Allahverdi Quliyev, Sosial fənnlər kafedrasının dosenti Asim Məmmədov və başqaları çıxış edərək müəllifə bundan sonrakı fəaliyyətində də uğurlar arzulamışlar.
Sonda hər iki kitabın müəllifi Bayram Apoyev onun əməyinə verilən yüksək qiymətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.