Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir. Sonra birinci məsələ-2021-2022-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı universitetin Tədris Departamentinin rəhbəri Elturan Yusifovun hesabatı dinlənilərək müzakirə edilmişdir.

Sonra Pedaqoji, Kimya-biologiya fakültələrinin, eləcə də Təsviri incəsənət, Həndəsə və cəbr, həmçinin İnformatika kafedralarının 5 illik fəaliyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilərək müzakirə olunmuşdur. Fakültələrin və kafedraların 5 illik fəaliyyəti səsə qoyularaq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilmişdir.

Universitetdə aparılan struktur dəyişikliyinə əsasən Həndəsə və cəbr kafedrasının İnformatika kafedrası ilə birləşdirilməsi qərara alınmış və səsə qoyularaq təsdiq edilmişdir.

Sonra Elvin Atakişiyevin alman dili kafedrasının, Günay Sadıqovanın Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti elmi adını almağa dair vəsatətin qaldırılması ilə bağlı məsələlər  müzakirə olunmuşdur.

Elmi Şurada Botanika kafedrasının dosenti  Mirzə Həsənova və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Maqbet Əhmədova universitetin “Fəxri Professoru” adlarının verilməsi haqqında qərar qəbul edilmişdir.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatmışdır.

            Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti