GDU Tələbə Ombudsman Mərkəzi Avropa Komissiyasının “Erasmus Plus” proqramı üzrə “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsinə uyğun olaraq Gəncə Dövlət Universiteti Elmi Şurasının 07. 02. 2018-ci il tarixli iclasında (protokol № 1) təsdiq edilib və Gəncə Dövlət Universiteti rektorunun 12. 02. 2018-ci il tarixli, 1/127 saylı əmrinə əsasən təşkil olunmuşdur.

Tələbə Ombudsmanı nə edir?

  • Rahat mühitdə şikayətləri dinləyir və imkanları nəzərdən keçirir
  • Diqqətlə qulaq asır və qərəzsiz şərh verir
  • Tərəfləri hüquq və azadlıqları sahəsində maarifləndirir
  • Problem həll etmə bacarıqlarından istifadə etməklə mübahisələrin artmasının qarşısını alır
  • Tərəflərin qarşılıqlı qəbul edəcəyi nəticəni əldə etməsinə dəstək olur
  • Tərəfləri öz iradələri ilə razılığa gəlmələri üçün həvəsləndirir
  • Şəxsi məlumatı icazəsiz olaraq başqaları ilə paylaşmır.

Tələbə Ombudsmanina müraciət etmədən əvvəl bunlari bilməyiniz vacib şərtdir!

  • Şikayət və tələbləriniz haqqinda əlaqədar fakültə və ya universitet rəhbərliyinə müraciət etməlisiniz.
  • Hadisənin başvermə anindan 2 (iki) il müddət keçməməlidir.
  • Ombudsman Məhkəməyə müraciətə qədər məsələləri araşdırır.
  • Eyni şikayət mövzusu üzrə təkrar müraciət qəbul edilmir.
  • Şikayət və tələbləriniz ümumtəhsil sisteminə, inzibati idarəçilik və nizam-intizam siyasətinə uyğun olmalıdır.

Tələbə Ombudsmanına müraciət et:

Əlaqə qurmaq üçün xananın doldurulması vacibdir
Hal-hazırda qeydiyyatda olduğunuz ünvan