ONLİNE İCLASDA YENİ TƏDRİS İLİNDƏ QARŞIDA DURAN MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB

Gəncə Dövlət Universitetində yeni tədris ilində qarşıda duran məsələləri müzakirə etmək məqsədi ilə online iclas keçirilib.

Online formatda keçirilən iclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Rektor Yusif Yusibov  pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin distant formada təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Rektor Yusif Yusibov GDU-da onlayn (“Microsoft Teams” platforması üzərindən) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə danışıb.

İclasda GDU-nun yeni tədris ilində qarşıda duran vəzifələri, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə “elektron universitet” modelinin tətbiqi, maddi-texniki bazanın təkmilləşdirilməsi, qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilmişdir.

Sonra rektor Yusif Yusibovun iclasda 2020/2021-ci tədris ilində qış imtahan sessiyası, GDU-da kommunikasiyanın təşkili barədə məlumatları dinlənilib. Müzakirə olunan məsələlərlə bağlı fakültə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.

Cari məsələlərlə bağlı – təhsil haqqı, akademik borcların ləğvi, onlayn tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda müzakirələr aparılıb.