PİLOT PROQRAM ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏLİM BAKI BİZNES UNİVERSİTETİNDƏ TƏŞKİL OLUNMUŞDUR
7-10 yanvar 2020-ci il tarixlərdə Bakı Biznes Universitetində Avropa İttifaqının Erasmus+ proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı (EQAC)” adlı layihəsi çərçivəsində icra olunacaq “Yeni kurrikulumun” tətbiqinə dair 02 dekabr 2019-cu ildə universitet rektoru tərəfindən təsdiq edilmiş “Pilot proqram” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.
Təlim zamanı avropalı ekspertlər tərəfindən birgə aşağıdakı mövzular ətrafında ümumi müzakirələr aparılmış və uyğun tapşırıqlar icra olunmuşdur.
- Ali təhsildə tələbə yönümlü yanaşma;
- Milli Kvalifikasiya Çərçivəsi;
- Səlahiyyətə əsaslanan təhsil: ümumi və peşəkar səlahiyyətlər;
- Təlim (öyrənmə) nəticələrini yazmaq;
- Təlim (öyrənmə) nəticələrini, tədris və təlim metodlarını əlaqələndirmək;
- Təlim (öyrənmə) nəticələrini, tədris, təlim və qiymətləndirmə metodlarını əlaqələndirmək.
Təlimlərdə Gəncə Dövlət Universitetini “Pilot proqram” layihəsi çərçivəsində yaradılmış pilot müəllimlər: Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, dosent Vəfa Məmmədova; Anatomiya, fiziologiya və zoologiya kafedrasının biologiya üzrə fəlsəfə doktoru, dosent Tükəzban Rüstəmova; Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bayramova; Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, baş müəllim Yeganə Aslanova; Kimya kafedrasının kimya üzrə fəlsəfə doktoru, baş müəllim Xəyalə Kəsəmənli təmsil etmişdir.