PİLOT PROQRAM ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏLİM BAKI BİZNES UNİVERSİTETİNDƏ TƏŞKİL OLUNMUŞDUR

7-10 yanvar 2020-ci il tarixlərdə Bakı Biznes Universitetində Avropa İttifaqının Erasmus+ proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı (EQAC)” adlı layihəsi çərçivəsində icra olunacaq “Yeni kurrikulumun” tətbiqinə dair 02 dekabr 2019-cu ildə universitet rektoru tərəfindən təsdiq edilmiş “Pilot proqram” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.

Təlim zamanı avropalı ekspertlər tərəfindən birgə aşağıdakı mövzular ətrafında ümumi müzakirələr aparılmış və uyğun tapşırıqlar icra olunmuşdur.

  • Ali təhsildə tələbə yönümlü yanaşma;
  • Milli Kvalifikasiya Çərçivəsi;
  • Səlahiyyətə əsaslanan təhsil: ümumi və peşəkar səlahiyyətlər;
  • Təlim (öyrənmə) nəticələrini yazmaq;
  • Təlim (öyrənmə) nəticələrini, tədris və təlim metodlarını əlaqələndirmək;
  • Təlim (öyrənmə) nəticələrini, tədris, təlim və qiymətləndirmə metodlarını əlaqələndirmək.

Təlimlərdə Gəncə Dövlət Universitetini “Pilot proqram” layihəsi çərçivəsində yaradılmış pilot müəllimlər:  Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, dosent Vəfa Məmmədova; Anatomiya, fiziologiya və zoologiya kafedrasının biologiya üzrə fəlsəfə doktoru, dosent Tükəzban Rüstəmova; Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bayramova;  Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, baş müəllim Yeganə Aslanova; Kimya kafedrasının kimya üzrə fəlsəfə doktoru, baş müəllim Xəyalə Kəsəmənli təmsil etmişdir.