QƏNBƏR HÜSEYNLİ YAD EDİLDİ

Bu günlərdə  Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin təşəbbüsü ilə Gəncə şəhər İsrafil Məmmədov adsına 27 saylı liseydə görkəmli Azərbaycan bəstəkarı Qənbər Hüseynlinin anadan olmasının 100 illiyi münasibətilə konsert proqramı təşkil olunmuşdur.  Musiqi fənnləri kafedrasının əməkdaşlarının rəhbərliyi ilə təcrübəçi tələbələr və orta məktəb şagirdləri tərəfindən   hazırlanmış bu konsertdə Universitetin Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, liseyin direktoru Rahilə Hüseynova və müəllim kollektivi iştirak edirdi.

Konsertdə Azərbaycan xalq mahnıları ilə yanaşı, əsasən Qənbər Hüseynlinin bəstələri ifa olunmuşdur. Şagirdlərin ifasında “Cücələrim” mahnısı isə yüksək səviyyədə səsləndi və tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılandı.

Konsertin sonunda dosent Mahir Məmmədov və məktəbin direktoru Rahilə Hüseynova çıxış edərək belə tədbirlərin ənənəvi olmasını qeyd etdilər. Bu tədbirlər məktəblə Universitetin əməkdaşlağını möhkəmləndirər, şagirdləri oxumağa daha çox həvəsləndirər, həm də qabaqcıl təcrübənin bölüşdürülməsi  baxımından  qarşılıqlı fayda verər.