PROREKTOR İŞTİRAK ETMİŞDİR
14 və 15 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika müəllimliyi ixtisasının IY kurs tələbələrindən Məlikzadə Zümrüd İmran qızının Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 82 sinfində Riyaziyyat fənnindən “İrrasional ədədlər”, Məmmədli Ülviyyə Nizami qızının IX sinifdə Riyaziyyat fənnindən “Kvadratik funksiyanın ümumi şəkili” mövzusunda sınaq dərsi olmuşdur. Sınaq dərslərində Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov, Riyaziyyat-informatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, Təcrübə və karyera şövəsinin müdiri dosent Mahir Məmmədov, təcrübə rəhbəri kimi baş müəllimlərdən C. Məmmədova, Ş. Hüseynova, E.Cəfərli, S.Abbasova, məktəbin direktoru Vəfa Abbasova, fənn müəllimlərindən R.Mahmudova, S.Tağıyeva, S.Həsənova, sinif müəllimi Aybəniz Zeynalova, valideyn dosent Gülarə Məlikova və təcrübəçi tələbələr iştirak etmişlər.
Hər iki sınaq dərsində təcrübəçi tələbələr müasir təlim metodlarına (kurikulum) əsaslanaraq şagirdlərin müəyyən qruplar halında fəallıq göstərmələrinə, mövzunu lazımi səviyyədə anlamalarına nail olmuşlar. Sınaq dərsin təhlilində də onların qabiliyyəti nəzərə çatdırılmış və qənaətbəxş qiymətləndirilmişdir.