RAZILIQ BİLDİRİLMİŞDİR

15 noyabr  2016-cı il tarixdə  Gəncə Dövlət Universitetinin YAP Gənclər Birliyinin “Tələbə həftəsi” adlı layihəsinə uyğun olaraq tələbələrin çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş etdirilmişdir. İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Mehdi Mehdiyev , Təsviri incəsənət müəllimliyi ixtisasının II və III kurs tələbələrindən Cəmilə Nağıyeva, Gülnar Musayeva, Rövşanə İsmayılova, Ofelya Həsənova, Şəlalə Yusibova,  Təhminə və Əminə Əliyeva bacıları öz yaradıcılıq nümunələri ilə sərgiyə qatılmışlar.

Rəsmlərlə tanış olan Universitetin müəllim və tələbə heyəti belə bir tədbirin təşkilinə öz razılıqlarını bildirmişlər.