Gəncə Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olan şəxslərin nəzərinə!

2026/2027-ci tədris ilində Gəncə Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olmuş bakalavrlar portal.edu.az saytından qeydiyyatdan keçməlidir.

Müəyyən olunmuş müddətədək qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəck!

Magistratura pilləsinə qeydiyyatdan keçmə vaxtı 03.08.2026-cı il tarixdən 12.08.2026-cı il tarix saat 18:00-a qədərdir.

Portal.edu.az saytına  aşağıdakı sənədlərin yüklənməsi vacibdir:

1.  Universitetə ödənişli əsaslarla qəbul olunan tələbələrdən portal.edu.az saytından qeydiyyatdan keçəndən sonra invoys nömrəsi yaranacaq. Yaranmış invoys nömrəsi üzrə təhsil haqqını ödəmək və ödəniş qəbzinin skan surətini təqdim etməyiniz xahiş olunur.  Ödəniş qəbzi təqdim olunmadığı halda qeydiyyata alınmayacaqsınız.

Diqqət: portal.edu.az saytından qeydiyyatdan keçən tələbələrdən tədris ili başlayanda aşağıdakı sənədlərin əslini universitetin Magistratura şöbəsinə təqdim etmələri tələb olunur:

  1. Bakalavr diploma və diploma əlavə əsli, Universiteti bitirməsinə dair arayış (cari ilin məzunları üçün);
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. 3×4 ölçüdə 4 ədəd şəkil,
  4. Abituriyentin qəbul olunması barədə DİM saytındakı şəxsi səhifəsindən çıxarış;
  5. Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;
  6. Oğlanlar üçün hərbi qeydiyyat sənədinin əsli (hərbi bilet və ya hərbi qeydiyyata alınma barədə vəsiqə).

Qeyd: portal.edu.az saytından qeydiyyatda çətinlik çəkən şəxslər aşağıdakı nömrələrlə (zəng və WhatsApp) əlaqə saxlaya bilər:

050-388-44-91

055-648-00-79

Dərslər