Gəncə Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində
Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı olub. Sərgi 29 – 31 iyul 2026-cı il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunur. Burada 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.
Sərgidə Gəncə Dövlət Universiteti də iştirak edib.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Abituriyentlər və valideynlər sərgidə GDU əməkdaşları ilə ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara dair məlumatlar əldə edirlər.






