TƏDBİRDƏ ÜZVLÜK VƏSİQƏLƏRİ TƏQDİM OLUNMUŞDUR
Gəncə Dövlət Universitetində YAP Gənclər Birliyinin təşəbbüsü ilə YAP Gəncə Şəhər Təşkilatının məsul işçilərinin, Universitet partiya fəallarının, tələbələrin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Universitet YAR Gənclər Birliyinin sədri Elmir Bağırov, YAP Gəncə şəhər təşkilatının məsul işçisi Sabir Məmmədov, Xarici dillər fakültəsinin dekan müavini Məleykə Aslanova və partiya təşkilatının sədri Esmiralda İsmayılova çıxış edərək Ümummilli Liderin ölkəmizin müstəqilliyinin qorunmasında, xarici siyasətdə, iqtisadi inkişafımızda göstərdiyi tarixi xidmətləri bir daha xatırlatmaqla, tələbə gənclərin rəhbərə sonsuz sədaqətini, onun ideyalarının davamçıları kimi formalaşmalarnı xüsusilə vurğuladılar. O da qeyd olundu ki, YAP-ın sıraları tələbə gənclərin üzvlüyə qəbul olunmaları ilə daim artmaqdadır.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video-çarx izlənilmiş, Xarici dillər fakültəsinin I kurs tələbəsi Aytac Hüseynzadınin “O bizimlədir” şeiri dinlənilmişdir.
Tədbirin sonunda YAP-a üzv qəbul edilmiş tələbə gənclərə partiya vəsiqələri təqdim olunmuşdur.