TƏLƏBƏLƏRİMİZ FİNALA VƏSİQƏ QAZANMIŞLAR

Ölkəmizdə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılan “Bir” Tələbə-Könüllü Proqramına Gəncə Dövlət Universitetinin də tələbələri qoşulmuşlar.

Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyininin “Bir” Tələbə Könüllü proqramı respublika tələbələrarası kartinq cempionatı təşkil etmişdir. Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi da yarışa qoşulmuşdur. 15 universitetdən 56 tələbənin istirak etdiyi  cempionatda  Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Rəhman Qocayev 5-ci, 2-ci kurs tələbəsi Fəxri Süleymanlı isə 7-ci yerə sahib olub dörddə bir finala vəsiqə qazanmışlar.