“ İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ”

26 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında “İnsan alverinə qarşı mübarizə ” mövzusunda maarifləndirmə tədbiri  keçirilib. Tədbir Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası, Təhsil Nazirliyi və Gəncə  Dövlət Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Universitetin Tədrisin təşkili və təlim texnologiyaları  üzrə prorektoru dosent Fəxrəddin Məmmədov, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Rafiq Məmmədov, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, “Vəfa sosial ictimai birliyinin” rəhbəri  Fatma Hacıbəyli, universitetin müəllim və tələbələri iştirak etmişlər.

Universitetin Tədrisin təşkili və təlim texnologiyaları  üzrə prorektoru dosent Fəxrəddin Məmmədov giriş sözün ilə insan alverinə qarşı mübarizə məqsədilə təşkil olunun bu tip maarifləndirici söhbətlərin ciddi əhəmiyyətini xüsusilə qeyd etdi. DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Rafiq Məmmədov, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova öz çıxışlarında Azərbaycan Respublikası Prezidentinin  24 iyun 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edildiyini nəzərə çatdırmaqla yanaşı,  insan alverinin ağır nəticələri, ona qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə geniş məlumat verdilər.

Tədbirin sonunda gələn nümayəndələr müəllimləri və tələbələri maraqlandıran sualları cavablandırdılar.