Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Şahin Xurşudovun təcrübəçi tələbələrlə görüşü
Azərbaycan Respublikasının Nazirlər kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 saylı qərarına əsasən Ali təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübələrinin keçirilməsi haqqında əsasnamənin tələblərinə uyğun olaraq Gəncə Dövlət Universitetinin buraxılış kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin Gəncə şəhərində yerləşən təhsil və istehsalat müəssisələrində ixtisaslarının xüsusiyyətlərindən asılı olaraq keçirilməsi nəzərdə tutulmuşdur. Rektorluğun müvafiq əmrinə əsasən 16 fevral 2022-ci il tarixdən – 24 may 2022-ci il tarixə kimi təcrübənin xüsusiyyətləri nəzərə alınmaqla həmin müəssisələrdə təcrübələrin keçirilməsi nəzərə tutulmuşdur.
Bununla əlaqədar olaraq Universitetin baza müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə təcrübədə olan rəhbər müəllimlər və təcrübəçi tələbələrlə Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Şahin Xurşudov görüşü keçirmişdir.
Tədbirdə dosent Şahin Xurşudov Universitet rəhbərliyi adından tələbələri salamlamış, təcrübənin təşkili, məqsəd və keçirilməsinin mahiyyəti, onun əsas növləri, diplomqabağı təcrübənin əhəmiyyəti onun peşə hazırlığında rolu, tələbələrin Ali məktəbdə aldığı nəzəri biliklərin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadə edilməsi haqqında tələbələrə ətraflı məlumat vermişdir.
Təcrübəçi tələbələri və müəllimləri maraqlandıran suallara Şahin Xurşudov ətraflı məlumat verdi.