Universitetin uğur qazanmış tələbələri

Universitetin tələbələri imtahan nəticələrindən sonra əldə etdikləri bilik və təcrübələrini  sevinc dolu sözlərlə belə qeyd ediblər.

Mən Leyla Heydərova,Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili müəlliyi ixtisasının 3-cü kurs tələbəsiyəm. Bu tədris ilinin noyabr ayında keçirilən DAAD imtahanında iştirak etdim və imtahanımın cavabı müsbət gəldi. Mən İngolstadt universitetinin yay dil kursuna qəbul olmuşam.Mən çox qürurluyam ki, Alman dili istisasında mütəmadi keçirilən AAMX-yay dil kursu layihəsinin davamçısı oldum və təqaüd qazandım.

Mən Aydəniz Yusifli, Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili müəllimliyinin 3-cü kurs tələbəsiyəm. Keçən il keçirilən Almaniyada Könüllülük proqramı üzrə(FSJ) iştirak etdim və Köln şəhərində 10 ay Alman-İtalyan uşaq baxçasında müəllimə kimi fəaliyyət göstərdim.Qazandığım təcrübə mənim Almaniyadakı gələcək magistr təhsilim üçün böyük rol oynayır.

Sonda onlar bildiriblər ki, gənclər arzularınızın arxasınca gedin və uğurlarınıza nail olun. Onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür ediblər.