TƏLƏBƏLƏR QALA QAPILARI KOMPLEKSİNDƏ
20 sentyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Pedaqoji, Tarix-coğrafiya, Fizika-texniki fənlər fakültəsinin I və III kurs tələbələrinin bir qrupu Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində ekskursiyada olimuşlar. Onlara qədim Gəncənin rəmzi mənada düzəldilmiş qapılarının real tarixi haqqında geniş məlumat verilmişdir. Məlumdur ki, həqiqi qapıların yalnız bir tayı uzun əsrlərdir ki, Gürcüstanın Gelati monastrında qənimət olaraq aparılmış qiymətli eksponatlardan biri kimi öz “əsirlik” varlığını davam etdirir. Həmin qapı harada saxlanmasından asılı olmayaraq Gəncənin tarixinin bir səhifəsidir və bunu tələbələrimizin bilməsi olduqca vacibdir.
Tələbələr Qala Kompleksindəki dəyərli eksponantlarla yaxından tanış olduqca Ulu Gəncənin əzəməti onların vətəndaş qüruruna boy verirdi.