İCLAS KEÇİRİLMİŞDİR

21 sentyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında rektor professor Yusif Yusibovun rəhbərliyi ilə iclas keçirilmişdir. İclasa prorektorlar, dekanlar və şöbə müdirləri dəvət olunmuşdular.

Rektor ilk öncə yeni dərs ilinin başlanması münasibətilə əsas diqqəti əmək intizamına yönəltdi. Çünki möhkəm nizam-intizam olmasa, heç bir nailiyyətdən bəhs etmək olmaz. Növbəti birinci gündən etibarən komissiyaların və rektorun səlahiyyətli nümayəndələrinin əmək intizamına nəzarəti, yoxlanışların vaxtaşırı keçirilməsi, monitorinq qrupunun planlı surətdə dərslərdə iştirakı  nəzərə çatdırıldı.

Professor Yusif Yusibov ərizə və şikayətlərə vaxtında baxılmasını da xüsusilə vurğuladı. Onu da qeyd etdi ki, hələ də bu sahədə qüsurlərımız var. Bəzən rektor tərəfindən dərkənar qoyulmuş ərizə bir neçə gündən sonra rəhbərliyə qaytarılır. Bu sahədə ümumi şöbə öz fəaliyyətinə nəzarəti gücləndirməli, hər hansı ərizə bir gün ərzində  rektorun sərəncamına verilməlidir.

İclasda tələbələrin təqaüdlərinə baxılması, sillabusların tam hazır vəziyyətdə olması, mühazirə mətnlərinin sayta yerləşdirilməsi də müzakirə olunmuş  və ayrı-ayrı məsələ barədə rektor məsul şəxslərə göstərişlər vermişdir.