Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş intellektual yarış keçirilib
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş intellektual yarış keçirilib.
“Bütün insanlar azad və bərabərdir” adlı intellektual yarışda Gəncə Dövlət Univesitetinin tələbələri də fəal iştirak ediblər.
Gəncə şəhər Gənclər Evində keçirilən bilik yarışında çıxış edənlər Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə iştirakçıları təbrik edib, bu əlamətdar günün əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, bilik yarışında 5 komanda iştirak edib. 3 raunddan ibarət olan yarışın nəticələrinə əsasən I yeri “Prometey komandası”, II yeri “Xəmsə komandası”, III yeri “Zəfər komandası” tutub.
Sonda komandalar diplom ilə təltif olunublar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti