Gəncə Dövlət Universitetinin tələbələri asudə vaxtlarını səmərəli keçirir

Gəncə Dövlət Univesitetinin Tələbə Gənclər Təşkilatının bir qrup fəal tələbəsi asudə vaxtlarını səmərəli keçirmək məqsədilə “Kinomaniya” film klubunda nümayiş etdirilən “Mən ki gözəl deyildim” filmini izləyib

   Gənclərin İnkişaf və Karyera Mərkəzi, Gəncə şəhər Gənclər Evinin birgə təşkil etdiyi klubda nümayiş etdirilən filmlə bağlı maraqlı faktlar, pərdəarxası kadrlar və filmdə rol almış aktyorların həyatı ilə bağlı məlumatlar əldə ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti