TƏLƏBƏMİZ BEYNƏLXALQ SEMİNARA DƏVƏT OLUNMUŞDUR
Bu günlərdə Rusiyanın Bolqaqrad şəhərində “İkinci Dünya Müharibəsinin xatirəsi və dərsləri” mövzusunda Beynəlxalq seminar keçirilmişdir. Azərbaycan xalqı da müharibədə minlərlə oğlanlarını itirmiş, faşizmə qarşı mübarizədə yaddaşlardan silinməyən qəhrəmanlıqlar göstərmişlər. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, İsrafil Məmmədov, akademik Ziya Bünyadov, Fransada Müqavimət hərəkatının iştirakçısı və Fransanın fəxri vətəndaşı Əhmədiyyə Şəbrayılov və onlarla azərbaycanlı xalqımızın adını ucaltmışlar.
Belə bir nüfuzlu seminarda Gəncəmizi, həmçinin Gəncə Dövlət Universitetini Fizika və texniki fənnlər fakültəsinin tələbəsi Mobil Qarayev təmsil etmişdir. O, öz fəaliyyəti ilə müharibədə iştirak etmiş qəhrəman oğullarımız, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilmiş şəhərimiz, onun inkişafı haqqında iştirakçılara geniş məlumat vermiş, onları bu qədim və gözəlləşən Gəncəmizə ekskursiyaya dəvət etmişdir.