TƏDBİR ALQIŞLARLA QARŞILANDI

22 noyabr 2016-cı il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsi yerləşdiyi  II tədris binasının iclas zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının il dönümünə həsr edilmiş təntənəli tədbir keçirmişdir. Tədbirə Universitetin rəhbərliyi, digər fakültələrdən  müəllim və tələbələr də dəvət olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra fakültənin dekanı professor Muğan Quliyev çıxış edərək ilk növbədə  Yeni Azərbaycan Partiyasının yaranmasının müstəqil və müasir Azərbaycanın  tarixində çox mühüm hadisə olduğunu nəzərə çatdırdı. Hər şeydən əvvəl Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Yeni Azərbaycan Partiyası Azərbaycanın parçalanma təhlükəsi qarşısında  qaldığı bir şəraitdə fəaliyyətə başladı. Bu günkü uğurlarımız məhz Ulu öndərin yaratdığı siyasi xəttin nəticəsində mümkün olmuşdur. Bu siyasi xətt onun işinin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

GDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva öz çıxışında qeyd etdi ki, YAP milli siyasi iradəni təmsil edən avanqard partiyadır. Bu gün üzvlərinin sayı 600 mindən yuxarıdır. Milli müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi cəmiyətin qurulması, daxili sabitliyin bərqərar olması, güclü iqtisadiyyat məhz Ulu öndər Heydər Əliyev və onun yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Bədii hissədə Fizika və texniki fənlər fakültəsində təhsil alan  tələbələrin hazırladıqları bədii-musiqili proqram tədbir iştirakçılarına təqdim olundu. Özfəaliyyət kollektivinin çıxışları alqışlarla qarşılandı.

Tədbirin sonunda GDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva Fizika və texniki fənlər fakultəsinin dekanı professor Muğan Quliyevə belə bir tədbir üçün rəhbərlik adından təşəkkür bildirdi.