TƏLƏBƏNİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ BİLİK YARIŞI

Gəncə Dövlət Universitetində Magistratura şöbəsinin təşkilatçılığı ilə şöbənin mərhum tələbəsi İbrahim Haşımlının xatirəsinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə bilik yarışı keçirilmişdir. Yarışda Magistratura şöbəsi ilə birlikdə  Universitetin bütün fakültələrinin tələbələrindən ibarət komandalar da   iştirak edərək öz biliklərini sınaqdan keçirmişlər.

Nəticədə I yerə Magistratura şöbəsinin,  II yerə İqtisadiyyat-İdarəetmə fakültəsinin, III yerə Riyaziyyat-İnformatika fakültəsinin, IV yerə isə  Pedaqoji fakültənin komandası sahib olmuşdur.

Qalib  komandalar Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən diplomla təltif edilmişdir.