“NOVRUZ SOVQATI” PAYLANILDI

Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsi  əməkdaşlarla  daim əlaqə saxlayır, hər birinin problemi ilə yaxından maraqlanır, ehtiyac duyulan problemlərin vaxtında həll edilməsi üçün bütün imkanlardan istifadə edir. Bu dəfə də komitə universitetin əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik edərək, 300-dən artıq əməkdaşa ərzaq məhsullarından ibarət “Novruz sovqatı” paylamışdır.

Əməkdaşlar bayram günündə onları yad etdiyi üçün komitənin sədri Afaq Qasımovaya səmimi təşəkkürlərini bildirmişlər.