TƏLİMLƏR KEÇİRİLMİŞDİR
“Kreativ Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan ali və orta-ixtisas təhsilində keyfiyyətin təmin edilməsi üçün yeni keyfiyyət menecmenti və qiymətləndirmə və özünüqiymətləndirmə mexanizminin yaradılması məqsədilə “Azərbaycan ali və orta-ixtisas təhsilində yeni keyfiyyət indikatorlarının tətbiqi” adlı layihə ilə bağlı 16 may və 23 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində təlim keçirmişdir. Növbəti üçüncü təlim Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyevanın rəhbərliyi ilə təşkil olundu.
Təlimlərdə layihənin rəhbəri Rəmzi Yusifov təlim iştirakçılarına İctimai Birlik, həyata keçirilən layihənin donoru, mahiyyəti və məqsədi, təhsildə keyfiyyət idarəetmə sisteminin tətbiqi, keyfiyyəti idarəetmənin prinsipləri, təhsil müəssisələrinin qiymətləndirilməsində beynəlxalq təcrübə və beynəlxalq təmayüllər, təhsildə yeni qiymətləndirmə mexanizmləri, qiymətləndirmə zamanı mövcud problemlər, akkreditasiya, təhsilverənlərin təhsilalanlar tərəfindən qiymətləndirilməsi mexanizmi və s. barədə ətraflı məlumat vermişdir.
geniş məlumatlar verilmişdir.
Diskussiya və müzakirələr şəraitində keçən təlimlərdə Gəncə Dövlət Universitetinin professor-müəllim heyətindən və tələbələrdən ibarət olan təlim iştirakçıları müzakirəyə çıxarılan məsələləri böyük maraqla dinləmişlər.Təlim iştirakçılarını maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılmışdır.