ORTA MƏKTƏBLƏRİN QALİB  ŞAGİRDLƏRİ

Gəncə Dövlət Universiteti Gəncə şəhərərindəki  orta məktəblərlə əlaqələrin genişləndirilməsinə, ali məktəbə şagirdlərin maraqlarının artmasına ciddi diqqət yetirir. Təcrübəçi tələbələr məktəb kollektivləri ilə birgə tədbirlər keçirir, məktəbin ictimai həhəyatında yaxından iştirak edir, professorlar açıq dərslər təşkil edirlər.

Universitetin Tələbə Gənclər Təşkilatının layihəsi əsasında Təcrübə və karyera şöbəsinin və Biologiya-kimya fakültəsinin dekanlığının dəstəyi ilə may ayında şəhərin 4, 27 və 39 saylı  tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri üçün  kimya fənnindən olimpiada keçirilmişdir. Yüksək şəraitli auditoriyada təşkil olunan olimpiadada şagirdlər müdaxilə olmadan, sərbəst şəkildə öz biliklərini nümayiş etdirmişlər. İlk öncə universitetlə, müasir təchizatlı kimya laboratoriyaları ilə tanış olan şagirdlər, eyni zamanda olimpiadanın şəffaflığından olduqca razı qalmış, ali məktəb həyatı onlarda elmə, təhsilə qarşı ciddi maraq oyatmışdır.

Olimpiadanın nəticələrinə görə 4 saylı tam orta məktəbin XI sinif şagirdi Rəhman Yusibov 100 bal toplayaraq birinci yerə, 27 saylı və 4 saylı orta məktəbin şagirdi Elvin İbrahimov, Mikayıl Mustafayev 90 balla ikinci yerə, 39 saylı məktəbin şagirdlərindən Nərgiz Məmmədova, Aytac Əliyeva və Leyla Hüseynova 80 balla üçüncü yerə sahib olmuşlar.

27 may 2016-cı il tarixdə rektor qalibləri və valideynləri qəbul etmişdir. Savadlı, tərbiyəli övladlar böyütmüş valideynlərə təşəkkürünü bildirməklə bərabər, qaliblərə yeni-yeni uğurlar diləyib, onları diplom və hədiyyələrlə mükafatlandırmışdır.