BƏDİİ ÖZFƏALİYYƏT QRUPUNUN YENİ UĞURU

Gəncə Dövlət Universitetinin bədii özfəaliyyət kollektivi dəfələrlə Respublika səviyyəsində öz qabiliyyətlərini nümayiş etdirmiş, həmişə doğma təhsil ocaqlarının adını uca tutmuşlar. Bakı şəhərində Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş və Azərbaycan Respublikası Ali Təhsil Nazirliyinin  Azərbaycan Ali Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdikləri bədii yaradıcılıq festivalında bu uğur yenidən təkrarlandı. Tələbələrimiz Respublika ali məktəblərini qabaqlayaraq xor və xalq mahnıları üzrə birinci yerə, milli rəqs üzrə üçüncü yerə sahib olmuşlar.

Tələbələrimiz və təşkilatçılar Azərbaycan Respublikası Ali Təhsil Naziri cənab Mikayıl Cabbarovun və   Azərbaycan Ali Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Səttar Mehbalıyevin  imza etdikləri  diplomlara layiq görülmüşlər. Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında  28 may Respublika günü münasdibətilə keçirilən təntənəli yığıncaqda Universitetin rektoru professor Yusif Yusibov diplomları sahiblərinə verib, kollektiv adından təşəkkürünü bildirmiş və onlara yeni-yeni uğurlar arzulamışdır.