TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏN AZAD ETMƏ KOMİSSİYASI
MƏCBURİ KÖÇKÜN, VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ,VALİDEYNİ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN, SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞINADƏK, HABELƏ I VƏ II DƏRƏCƏ ƏLİLLİYİ OLAN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!
2019/2020 – ci tədris ilində Universitetə ödənişli əsaslarla qəbul olunmuş İMTİYAZLI tələbələr aşağıdakı sənədləri «Təhsil haqqının ödənilməsindən azad etmə komissiyası»na təqdim etməlidirlər.
MƏCBURİKÖÇKÜNLƏR
- Məcburi köçkünvəsiqəsi (əslivəsurəti);
- Şəxsiyyətvəsiqəsi (əslivəsurəti);
- Rayon (şəhər) icra hakimiyyətində yaradılmış «Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi»nin yerli nümayəndəsindən arayış.
Qeyd:
- 01.2007-ci tarixədək alınmış məcburi köçkün vəsiqələri Respublika Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Status şöbəsi (Bakı şəhərində yerləşir)tərəfindən təsdiq olunmalıdır.
- Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ TƏLƏBƏLƏR:
- Tələbənin valideyninin şəxsiyyət vəsiqəsi (əsli və surəti);
- Himayəyə və qəyyumluğ averilmə barədə icra hakimyyətinin qərarı;(Valideynlərindən biri vəfat etmiş, digəri I və ya II qrup əlil olan, valideyni ilə birgə yaşayan tələbələr istisna olmaqla)
- Nigah haqqında şəhadətnamə (əsli və surəti);
- Ölüm haqqında şəhadətnamə;
- Tələbənin doğum haqqında şəhadətnaməsi;
- I və ya II qrup əlil olan şəxslərin əlillik vəsiqəsi;
- TSEK-in – əlillik verilməsi barədə arayışı;
- Şəhər və ya rayon DSMF – dan arayış;
Qeyd:
- Valideyn himayəsindən məhrum olmuş şəxslər hər iki valideynini itirmiş və ya bir valideyni vəfat etmiş, digər valideyni I və II qrup əlil olan şəxslər hesab edilir, təhsil haqqının ödənilməsindən azad edilərək ikiqat təqaüdlə təmin olunur.
- Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır
“AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARI:
- Valideyinin və tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
- Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
- Ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı) (şəhid ailəsi üçün);
- Əlillik vəsiqəsinin surəti;
- TSEK-in – əlillik verilməsi barədə arayışı (Arayışda əlilliyin səbəbi – AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI – qeyd olunmalıdır);
- Şəhər və ya rayon DSMF – dan arayış;
Qeyd:
- Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır
BAKALAVRİAT VƏ MAGİSTRATURA TƏHSİL SƏVİYYƏLƏRİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNAN SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞINADƏK UŞAQLAR, HABELƏ I VƏ II DƏRƏCƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏR:
- Şəxsiyyət vəsiqəsi (əsli və surəti);
- doğum haqqında şəhadətnamə (şəxsiyyət vəsiqəsi almayanlar üçün) (əsli və surəti);
- TSEK-in – əlillik verilməsi barədə arayışı(18 yaşınadək sağlamlıq imkanı məhdud olan uşaqlar);
– TSEK-in – əlillik verilməsi barədə arayışı(I və ya II qrup əlil olan şəxslər)
- Şəhər və ya rayon DSMF – dan arayış;
Qeyd:
- Bakalavriat təhsil səviyyəsinə ödənişli əsaslarla qəbul olunan sağlamlıq imkanı məhdud 18 yaşınadək uşaqlar 18 yaşı tamam olduqdan sonra (növbəti tədris illəri üçün) I və II dərəcə əlillik barədə TSEK-in – əlillik verilməsi arayışını təqdim etməlidirlər. Əks halda 18 yaşı tamam olduqdan sonra növbəti tədris illəri üçün təhsil haqqını tam şəkildə ödəməlidirlər.
- Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır
TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏN AZAD ETMƏ KOMİSSİYASI