TARİX-COĞRAFİYA FAKÜLTƏSİNDƏ HƏMKARLAR TƏŞKİLATININ HESABAT-SEÇKİ YIĞINCAĞI
Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində həmkarlar təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərov, Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımov iştirak etmişdir.
Fakültənin dekanı, professor Həsənbala Sadıqovun sədrlik etdiyi yığıncaqda fakültə həmkarlar təşkilatının sədri dosent Cavid Bağırzadə seçki müddətində təşkilatın fəaliyyəti ilə bağlı hesabatını iştirakçıların diqqətinə çatdırdı. Reallığa əsaslanan hesabat həqiqətən hamının müsbət rəyinə səbəb oldu. Çıxış edənlər fakültə həmkarlar təşkilatının fəaliyyətindən razı qaldıqlarını, təşkilata Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovun diqqətli olduğunu xüsusilə nəzərə çatdırdılar.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərov öz çıxışındı qısa şəkildə Komitənin insanların istirahəti, sağlamlığı, maddi durumlarına kömək sahəsində gördüyü işlərdən, gələcək planlardan məlumat verməklə yanaşı, hesabat-seçki yığıncağının əhval-ruhiyyəsinə uyğun olaraq təkcə fakültə həmkarlar təşkilatının fəaliyyətindən yox, ümumiyyətlə Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovanın təşkilatçılıq qabiliyyətindən, iş prinsipindən, əməkdaşlara göstərdiyi qayğıdan yüksək səviyyədə razı qaldığını bildirdi.
Yığıncaqda fakültə həmkarlar təşkilatının fəaliyyəti qənaətbəxş qəbul olundu.
Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev fakültə həmkarlar təşkilatının sədri seçildi.