ELMİ-PRAKTİK KONFRANS KEÇİRƏLƏCƏKDİR

5-6 may 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə  həsr edilmiş “Müasir biologiya və kimyanın aktual problemləri” mövzusunda  elmi-praktik  konfrans  keçiriləcəkdir.
Konfransda Müasir biologiyanın, Üzvi kimyanın aktual problemləri, Qeyri-üzvi kimyanın, Aqrokimya və torpaqşünaslığın, Biofizika və biokimyanın müasir problemləri, Neft kimyasının nəzəri və praktik məsələləri kimi elmi istiqamətlərə yönəldilmiş araşdırmalar nəzərə çatdırılacaqdır. Konfransın təqvimi, təşkilati məsələlərlə, materiallarla bağlı bütün təlimati sənədlər hazırlanıb lazımi ünvanlara göndərilmişdir.
Artıq Respublikanın ayrı-ayrı universitetlərindən, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institututlarından 200-ə yaxın elmi məqalə göndərilmiş ki, həmin materialların iki cilddə nəşr olunması nəzərdə tutulmuşdur.
İstər konfransın yüksək səviyyədə keçirilməsi, istərsə də iki cildliyin nəfis  şəkildə çap olunub müəlliflərə çatdırılması üçün bu məqsədlə yaradılmış işçi qrupu ilk gündən ciddi fəaliyyətə başlamışdır.