“BİZ BACARIRIQ” ADLI İSTEDAD MÜSABİQƏSİ


Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə müxtəlif sahələrdə istedadlı tələbələrin axtarışları və seçilməsi ilə bağlı ciddi işlər gedirdi. Nəhayət layihəyə əsasən  “Biz bacaririq” adlı istedad müsabiqəsi keçirildi. Çoxsaylı müəllim və tələbələrin iştirakı ilə keçirilən bu müsabiqəni Universitetin elm və innovasiyalar üzrə  prorektoru Pərvin Kərimzadə açaraq  qeyd etdi ki, bir çox tələbəmiz yaxşı təhsil almaqla yanaşı, həm də diqqətəlayiq istedada malikdirlər. Onları həvəsləndirmək məqsədilə müsabiqə təşkil edib mükafatlandırmaq artıq Universitetimizdə bir ənənəyə çevrilmişdir. Bu gün də belə bir müsabiqənin şahidi olacağıq.
Universitetin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov “Mahnı oxuma”, “Parodiya etmə”, “Rəqs” və “alətlərdə ifa etmə” kimi dörd istiqamətdə istedad seçimi edilən  müsabiqənin təşkili istedadlı tələbə gənclərimizin üzə çıxarılmasında, onların asudə vaxtlarını səmərəli keçirmələrində böyük rol oynadığını bildirərək, iştirakçılara uğurlar arzuladı.
35 nəfər tələbənin qatıldığı bu müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə parodiya üzrə İqtisadiyyat və idarəetmə, xarici dillər fakültəsinin komandası I, Coğrafiya müəllimliyi ixtisasının tələbəsi Tərgül Abbasova II, kimya-biologiya müəllimliyi ixtisasının tələbələri Nurlan Cabbarov, Vüsalə Əmirzadə III yerə, mahnı ifa etmə üzrə Pedaqoji fakültənin tələbələri Yusif Məmmədov I, Sərxan Qasımov II, Filologiya fakültəsinin tələbəsi Aygün Hüseynova, Coğrafiya müəllimliyi ixtisasının tələbəsi Danulduz Həsənova III yerə, musiqi alətində ifa etmə üzrə  Pedaqoji fakültənin tələbəsi Ruslan Xudaverdiyev, Vüsal Ramazanov (nağara və saz) I, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Qurban Seyidli ( gitara) II, Orxan Nəsibov (saz) III yerə, rəqs üzrə Xarici dillər fakültəsinin tələbələri Şövkət Orucova I, Əminə Bayramova II, Tarix-coğrafiya müəllimliyi ixtisasının tələbələri Ramin İsazadə, Bəyiş Bəyişov III yerə sahib olmuşlar. Qaliblər tutduqlar yerə uyğun olaraq müxtəlif mükafatlarla təltif olunacaqlar.