Universitet tələbələri 31 Mart soyqırım qurbanlarını anıblar
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının iştirakı ilə anım tədbiri keçirilmişdir.
Anım tədbiri soyqırım qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi və 31 mart soyqırım abidəsi önünə tər qərənfillərin düzülməsi ilə başlanmışdır.
Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə Dövlət Universitetinin Tarix kafedrasının müəllimi Eldar Mehdiyev və gənclər çıxış edərək, 31 mart Azərbaycanlıların Soyqırımı haqqında tarixi faktlara əsaslanan geniş məlumat vermişlər, soyqırımın Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü olduğunu qeyd etmişlər.Çıxış edənlər belə faciələrin ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğulayıblar.