GDU-nun Kimya kafedrasının əməkdaşları 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət etmişlər

1918-ci ildə erməni daşnakları Azərbaycanın müxtəlif  bölgələrində – Bakı quberniyasında, Şamaxıda, Lənkaranda, Qubada, Qarabağda, Muğanda, Naxçıvanda və digər ərazilərdə kütləvi qətllər törətmiş, qısa zaman ərzində 50 mindən çox insanı amansızcasına qətlə yetirmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, evlər yandırılmış, əmlaklar qarət olunmuşdur.

GDU-nun Kimya kafedrasının əməkdaşları  31 mart  Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət etmişlər. Ziyarət zamanı kafedra əməkdaşları şəhidlərin məzarları üzərinə qərənfil qoyaraq, şəhidlərin ruhu qarşısında baş əymiş, onların xatirələrini bir dəqiqəlik sükutla  yad etmişlər.