Universitet tələbələri 31 Mart soyqırımı qurbanlarını yad edərək film nümayişində iştirak ediblər

Gəncə Gənclər Evi və Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə film nümayişi olmuşdur.

Gəncə Gənclər Evinin əməkdaşları, fəal tələbələri, könüllüləri və Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəal tələbələrinin iştirak etdiyi tədbirdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qara Oyunlar” filmi nümayiş etdirilmişdir.