UNİVERSİTETDƏ “NİZAMİ GƏNCƏVİ İLİ” ADLI TƏDBİR TƏŞKİL OLUNMUŞDUR

Gəncə Dövlət Universitetində(GDU) “Microsoft Teams” proqramı vasitəsilə ” Nizami Gəncəvi ili” adlı online şəkildə tədbir təşkil edilib.

Tədbirdə ilk olaraq  Millət vəkili,  Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi bütün xalqımız kimi, Gəncə Dövlət Universitetinin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Prorektor Prezident İlham Əliyevin  bu Sərəncamının dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.

Prezident İlham Əliyevə görə Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi qoruya bilək.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib.

Millət vəkili Müşfiq Cəfərov çıxışında Nizmai Gəncəvinin ətraf mühit haqqında olan fikirlərindən danışmışdı. Bildirmişdi ki, əsa­sən XII əsr­də ya­şa­yıb-­ya­rat­mış bö­yük Ni­za­mi nəin­ki özün­dən son­ra­kı sə­ləf­lə­ri üçün zən­gin ədə­bi irs, həm­çi­nin el­min müx­tə­lif sa­hə­lə­ri­ni əha­tə edən kül­li miq­dar­da təd­qi­qat ma­te­ria­lı qo­yub get­miş­dir. İlk ba­xış­da ada­ma elə gə­lir ki, “e­ko­lo­gi­ya” və “e­ko­lo­ji prob­lem” an­la­yı­şı son döv­rün məh­su­lu­dur və or­ta əsər­lər­də, xü­su­sən Nizami Gən­cə­vi­nin ya­şa­dı­ğı il­lər­də möv­cud ola bil­məz­di. Do­ğur­dan da, hə­lə kim­ya el­mi­nin ki­fa­yət qə­dər in­ki­şaf et­mə­di­yi, tex­ni­ka­nın möv­cud ol­ma­dı­ğı bir za­man­da – ət­raf mü­hi­ti çirk­lən­di­rən mən­bə­lər yox ikən, han­sı eko­lo­ji prob­lem­lər­dən da­nış­ma­ğa də­yər­di? La­kin ma­raq­lı­dır ki, bu gün bə­şə­riy­yə­tin üz­ləş­di­yi eko­lo­ji təh­lü­kə­siz­lik prob­le­mi­nə Ni­za­mi­nin əsər­lə­rin­də ge­niş to­xu­nu­lur, onun həl­li yol­la­rı araş­dı­rı­lır. Qə­zəl və qə­si­də­lə­rin­dən tut­muş, “Xəm­sə”­yə­dək bü­tün əsər­lə­rin­də ət­raf mü­hit prob­lem­lə­ri ilə qar­şı­la­şı­rıq.

Universitetin professorları  Xəlil Yusifli, Mübariz Yusifov və Yadigar Əliyev öz çıxışlarında qeyd etmişdilər ki, Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Natiqlər həmçinin Nizami şerlərində işlənən fars dilində olan Azərbaycan sözlərindən ətraflı bəhs etmişlər.

Tədbirdə çıxış edən Ekologiya kafedrasının müdiri Sevda Əhmədova onu da vurğulamışdı ki, dünya poeziyasının dahisi Nizami Gəncəvinin əsərlərində insanın
ekoloji tərbiyəsi əhəmiyyətli yerdə dayanır. Nizami Gəncəvi
şair olmaqla yanaşı, onun əsərlərindən müəyyən etmək olur ki,
o bir mütəxəssis olaraq da təbiət elmlərini mükəmməl bilən və
onun təbliği ilə məşğul olan bir alim olmuşdur. 

Nizamişünas alimlər Nizami əsərlərindən fars dilində nümunələr gətirərək tədbiri daha da maraqlı etmişdilər.