UNİVERSİTETDƏ “BEYNƏLXALQ AİLƏ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də, ailə siyasətidir. Mütəmadi olaraq ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Mayın 16-da universitetdə Beynəlxalq Ailə günü münasibətilə keçirilən tədbirdə bütün bunlar barədə ətraflı söhbət getmişdir. Tədbirdə Dövlət Himni səsləndirildikdən və Vətən müharibəsində şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək dövlətimizin ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq həyata keçirdiyi tədbirlərdən danışmışdır.

Sonra universitetin ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədovanın “Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir”, Gəncə şəhər qeydiyyat şöbəsinin baş mütəxəssisi Abdullayeva Sevda Eyvaz qızının “Sağlam ailə dövlətin qurucusudur”, universitetin ümumi tarix kafedrasının baş müəllimi Xatirə İlyasovanın “Ailə dəyərləri-qarşılıqlı mənəvi məsuliyyət”, sosial fənlər kafedrasının baş müəllimi Qərənfil Ramazanovanın “Ailə layiqli vətəndaşın yetişdiyi sosial institutdur” və univetsitetin kompüter elmləri ixtisasının birinci kurs tələbəsi Gülər İsgəndərovanın “Mən ailəni necə təsəvvür edirəm” mövzularında məruzələri dinlənilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.