Universitetimizin Tələbə Gənclər Təşkilatı sərgidə iştirak edib
Gəncə şəhərində keçirilən Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı çərçivəsində Gəncə Dövlət Filarmoniyasının foyesində ali məktəblərinin Tələbə-Gənclər təşkilatlarının, QHT-lərin və Gənclər Birliklərinin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.
Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, Milli Məclisin deputatları – Naqif Həmzəyev, Pərvin Kərimzadə və şəhər ziyalıları sərgi vasitəsi ilə gənclərin son ildə gördükləri işlər barədə ətraflı məlumat alıblar.
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı üçün ayrılmış guşədə fəal tələbələrin, tələbə gənclər təşkilatının uğurlarını əks etdirən fəxri fərmanlar, diplomlar, bukletlər, qonaqlara təqdim edilib. Xüsusən, nümayiş etdirilən uğurlu layihələr qonaqlarda xoş təəssürat yaradıb.