Gəncə Dövlət Universitetində Keyfiyyətə təminat mərkəzi yaradılacaq

Gəncə Dövlət Universitetində Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, görüşdə əsasan universitetin dekan müavinləri və tyutorları iştirak edib.

Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və layihənin kordinatoru Gülşən Bayramova görüş iştirakçılarına layihə haqqında ətraflı məlumat verib.

Təqdimat zamanı bildirilib ki EQAC layihəsininəsas məqsədlərindən biri Azərbaycan universitetlərində keyfiyyətin davamlı olaraq yoxlanması və standartlara cavab verənkeyfiyyətin təminatı sisteminin qurmaqdan ibarətdir. İştirakçılara layihənin hazırkı vəziyyəti və qarşıda duran işlər barəsində də məlumat verilib.

Sonda kordinator universitetin nümayəndələri Gəncə Dövlət Universitetində yaradılacaq keyfiyyətə təminat mərkəzi üçün nəzərdə tutulan kompüterləri təqdim edib.

Qeyd edək ki layihə 3 il müddətində davam edəcək.