Universitetin baza tədris müəssisələrində fransız dili fənnindən keçirilən açıq dərslər müsbət dəyərləndirilib

  • ?

Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri üçün Fransız dilində sınaq dərsi tədris edilib.

“Ev və çöl heyvanları”ndan bəhs edən dərsi Fransız dili müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Lalə Bağırova təqdim edib.

Dərsdə Fransız dili kafedrasının müdiri, dosent Məhərrəm Orucov, kafedranın müəllimi Günel Hüseynova, Təcrübə və karyera  şöbəsinin əməkdaşı Lamiyə Süleymanova, orta məktəbin fənn müəllimi Aygün Məmmədova və təcrübəçi tələbələr iştirak ediblər.

Təcrübəçi tələbə sınaq dərsində fransız dilində ev və çöl heyvanlarının adları, həmin heyvanların rəngi və seçilmə xüsusiyyətləri barədə məlumat verib. Dərsdə mövzuya aid əyani vəsait hazırlanıb, videoçarx göstərilib, mahnılar ifa edilib. Şagirdlər dərsdə test suallarından fəal istifadə ediblər.

Təqdim edilən nümunəvi dərs müasir təlim metodlarına, kurikulum təlim texnologiyasının tələblərinə uyğun keçirilib.

Dərsin geniş müzakirəsi zamanı çıxış edən kafedra müdiri dosent Məhərrəm Orucov, metodist müəllim Günel Hüseynova və sinfin fənn müəllimi Aygün Məmmədova açıq dərsi müsbət qiymətləndirib.

X X X

Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbdə Xarici dillər fakültəsinin Fransız dili müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Günay Məmədovanın 6-cı sinif şagirdləri üçün “Rənglərə aid lüğətin tədrisi” mövzusunda açıq dərsi olub.

Dərsdə Fransız dili kafedrasının müdiri, dosent Məhərrəm Orucov, kafedranın müəllimi Günel Hüseynova, Təcrübə və karyera şöbəsinin əməkdaşı Lamiyə Süleymanova, orta məktəbin fənn müəllimi Safura Süleymanova, sinif rəhbəri Nüşabə İbrahimova və təcrübəçi tələbələr iştirak ediblər.

Təcrübəçi tələbə sınaq dərsində videoçarxlardan, slaydlardan, şəkillərdən istifadə edib.Müasir texniki avadanlıqlardan , proyektor və musiqi qurğularından istifadə edilməklə keçirilən dərs maraqla qarşılanıb. Kurikulumun tələblərinə əsasən keçirilən dərsdə şagirdlərə tapşırıqlar kart vasitəsilə verilib. Dərsdə mövzuya aid mahnılar ifa edilib. Dərsi maraqla qarşılayan şagirdlər krossvordlardan, rebuslardan da istifadə ediblər.Təqdim edilən nümunəvi dərs müasir təlim metodlarına, kurikulum təlim texnologiyasının tələblərinə uyğun keçirilib.

Dərsin geniş müzakirəsi zamanı çıxış edən kafedra müdiri, dosent Məhərrəm Orucov, metodist müəllim Günel Hüseynova və sinfin fənn müəllimi Safura Süleymanova açıq dərsi müsbət qiymətləndirib.