Universitetin 300 əməkdaşına Novruz sovqatı paylanıb

Xalqımızın əziz bayramlarından olan Novruz yurdumuzun hər tərəfində, eləcə də ayrı-ayrı idarə, təşkilat və müəssisələrində olduğu kimi Gəncə Dövlət Universitetində də geniş qeyd olunur. Əlamətdar bayramın universitetdə təntənəli və yaddaqalan olması üçün müxtəlif tədbirlər keçirilir.

Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin (AHİK) sədri Afaq Qasımova Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə bildirib ki, Komitə vasitəsilə universitetin 300 əməkdaşına Novruz sovqatı paylanılıb.

Qeyd edilib ki, xalqımızın bütün əlamətdar günlərində olduğu kimi builki Novruz bayramında da universitetin əməkdaşı olan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılıb. AHİK tərəfindən əziz bayram münasibətilə universitetdə çalışan  aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təqdim edilib.