XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ İNŞA – YAZI MÜSABİQƏSİ


1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Hadisələrin gərginləşdiyi zaman, 4 aydan artıq mühasirədə qaldığı üçün 4000 insan tədricən şəhəri  tərk etmişdir. Xocalı soyqırımında 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca güllələndi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bu əsl faciə idi. Təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə, insanlığa qarşı amanslızlıq, qəddarlıq idi. Bu tarixin elə bir qanlı səhifəsidir ki, nəsillər nəsillərə ötürərək yaşadacaq, erməni faşizminə nifrət yaratmaqla insanlıq yaddaşına çevriləcəkdir.
21 fevral 2015-ci il tarixdə Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “Xocalı faciəsi gənclərin gözü ilə“ adlı inşa-yazı müsabiqəsi də məhz bu mövzuya, Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuşdur.  Xocalı  qurbanlarının unudulmaz xatirəsini yad edən bu inşa – yazı müsabiqəsində 8 fakültədən 90-dan artıq tələbə iştirak etdi.
Düzdür, müsabiqənin nəticəsi məlum olduqdan sonar 1,2,3-cü yer tutanlar fəxri fərmana layiq görüləcək və makafatlandırılacaqlar. Əsas məsələ odur ki, tələbələrimiz bu müsabiqədə iştirak etməklə erməni faşizminə  içlərindəki sonsuz qəzəbi, nifrəti bildirmək istəmişlər.