2020/2021-Cİ TƏDRİS İLİNİN PAYIZ İMTAHAN SESSİYASINDA TƏLƏBƏLƏRİN İMATAHLARA HAZIRLAŞMASI HAQQINDA TƏLİMAT
Bakalavriat səviyyəsində əyani təhsil forması üzrə qabiliyyət imtahanları
- Təhsilin bakalavriat səviyyəsində əyani təhsil forması üzrə yaradıcılıq tələb edən ixtisaslarda qabiliyyət imtahanlarında imtahana qədərki ballar müəllimin tələbə ilə apardığı sorğu əsasında hesablanacaq. Tələbəyə 5 tapşırıq təqdim ediləcək, hər tapşırığın icrası 0-10 balla qiymətləndiriləcək. Tələbənin aldığı orta bal 5-ə vurularaq ona imtahanaqədərki bal hesablanacaq.
Əyani təhsil forması üzrə yaradıcılıq tələb edən ixtisaslarda qabiliyyət imtahanları məsafədən (online) “WhatsApp” platforması vasitəsilə təşkil olunacaq. Qabiliyyət imtahanları zamanı hər bir sual 0-10 balla qiymətləndiriləcək.
Qabiliyyət imtahanlarında tələbələrə normativlərə uyğun hazırlanmış biletlər əsasında 5 sualdan ibarət tapşırıqlar təqdim olunacaq. Tələbə ona verilmiş biletdə göstərilən tapşırıqları canlı icra etməli, tələbənin bacarıqları komissiya tərərfindən qiymətləndiriləcək. Hər hansı texniki səbəb ucbatından tələbə ona verilmiş tapşırığı canlı təqdim edə bilmədikdə yerinə yetirdiyi tapşırığın videosunu çəkib müstəsna hal kimi “WhatsApp” üzrə qrupa göndərəcək.
Bakalavriat səviyyəsində Qiyabi formada təhsilalanlar üçün
Bakalavriat səviyyəsində qiyabi təhsil forması üzrə ixtisaslarda test imtahanları pandemiya şəraiti ilə əlaqədar olaraq karantin tətbiq edildiyinə görə WhatsApp platforması üzərindən (online) qaydada təşkil ediləcək. Tələbələrə təqdim edilmiş testlərin sayı 50 ədəd olacaq və hər bir test sualında 5 (1 doğru, 4 yanlış) cavab veriləcək. Qiyabi təhsil forması üzrə ixtisaslarda test imtahanlarının nəticələri imtahana qədərki ballar nəzərə alınmadan doğru cavabların sayından asılı olaraq aşağıdakı qaydada hesablanacaq. Doğru cavabların sayı:
17, 18, 19 olduqda – 51 bal
20, 21 olduqda – 52 bal
22, 23 olduqda – 53 bal
24, 25 olduqda – 55 bal
26 olduqda – 57 bal
27 olduqda – 58 bal
28 olduqda – 59 bal
29 olduqda – 60 bal
30 olduqda – 61 bal hesab edilsin.
30 –dan artıq olduqda isə toplanılan bal 2-yə vurulacaq.
Tələbəyə cavablandırdığı düzgün testlərin sayı qədər bal verilir (bir düzgün cavablandırılan testə görə 1 bal verilir).
Məsələn, tələbə imtahanda 39 testə düzgün cavab veribsə, onun yekun imtahan balı 39×2=78 bal götürülür.
Qiyabi şöbənin bütün kurs tələbələri WhatsApp platforması üzərindən məsafədən online test imtahanları zamanı əvvəlcədən aşağıdakı hazırlıqları görməlidirlər.
Ağ vərəqdə (dəftər vərəqi də ola bilər) fakültənin adını, ixtisasın adını, kursu, qrupu, imtahan verdiyi fənnin adını, öz adı və soyadını, imtahanın verildiyi tarixi qeyd etməlidir.
Tələbəyə hər bir fənn üzrə 50 test sualı təqdim edilir. Hər bir testdə biri düz olmaqla, A)….., B)……, C)……., D)……. E)….. kimi işarələnmiş 5 cavab verilir. Tələbə testin nömrəsini və qarşısında düzgün variantı qeyd etməlidir. Məsələn, 20-B, yəni 20-ci testin düz cavabı B variantında verilmişdir.
Tələbə vaxt itirməməsi üçün vərəqdə əvvəlcədən 1-dən 50-yə qədər testlərin nömrəsini 5 sütunda ( birinci sütunda 1-10-a, ikinci sütunda 11-20 –yə, üçüncü sütunda 21-30-a, dördüncü sütunda 31-40-a, beşinci sütunda 41-50-yə) nümunədə göstərildiyi kimi yazmalı , imtahan vaxtı isə testin nömrəsinin qarşısında düzgün variantı qeyd etməlidir.
Tələbə testin cavabını bilmədikdə bu cavabı qeyd etməyə bilər. İmtahan başlayana qədər tələbə aşağıda göstərilən formanı hazırlamalıdır:
NÜMUNƏ
Qiyabi şöbə. Tarix ixtisası 2-ci kurs
Fənn: Azərbaycan tarixi-4
Məmmədov Qulu Ramiz oğlu 15.02.2021
Tələbənin imtahandan əvvəl hər bir fənn üçün yaratdığı bu vərəqi cavab kartı adlandırılacaq. Cavab kartında testlərin nömrələnməsi yuxarıda olduğu kimi göstərilməlidir.
Bütün məlumatları tələbə diyircəkli qələm (ruçka) ilə yazmalıdır.
Düz cavaba uyğun variant (A, B, C, D, E) böyük hərflə aydın yazılmalıdır. Qaralama olmamalıdır.
Məsələn 21-A, 43-C, 32- E, 45-D və sair.
Əgər hər hansı testin cavabında variant səhv yazılıbsa (imkan daxilində olmasın) həmin variantın üstündən xətt (X) çəkilməli və variant yenidən yazılmalıdır. Məsələn.
28- A -B
İmtahana 1 (bir) saat vaxt verilir. İmtahan üçün tərtib olunmuş testlər imtahanın başlanmasına 10-15 dəqiqə qalmış WhatsApp-da yaradılmış qrupa qoyulur. Bunun üçün tyutorlar sizinlə əlaqə saxlayıb sizin telefon nömrənizi (WhatsApp-a qoşulmuş öz nömrəniz və ya ailə üzvlərindən birinin nömrəsi ola bilər) alıb sizi qrupa qoşacaqlar. WhatsApp mühitindən istifadə sadə və hamı üçün əlçatan olduğundan imtahan prosesi bu mühitdə təşkil olunur.
İmtahanın başlanma vaxtı imtahan cədvəlində göstəriləcək.
Bütün imtahanlar əvvəlcədən təsdiq edilmiş cədvəldə göstərilən vaxtda başlayacaq.
Bir saat ərzində testin cavabları müəyyənləşdirilməli, əvvəlcədən hazırlanmış cavab kartı üzərində qeyd edilməli, telefonla cavab kartının şəkli çəkilməli və şəkli telefonda çəkilmiş (cavab kartını çəkən zaman diqqətli olmalı, informasiyanın düzgün əks olunmasına fikir verilməlidir) surəti imtahanın bitməsinə 5 dəqiqə qalmış WhatsApp -da yaradılmış qrupa qoyulmalıdır.
Tələbənin göndərdiyi cavab kartının WhatsApp qrupuna qoyulma vaxtı (saat, dəqiqə və saniyə) sistem tərəfindən qeydə alınır.
Cavab kartının surətinin WhatsApp qrupuna qoyulma vaxtı: 1155-dən 1200-dək
Bir saat tamam olduqdan sonra WhatsApp qrupuna göndərilən cavab kartını sistem qəbul etməyəcək.
Sizin göndərdiyiniz cavab kartı olduğu kimi çap olunur, hər bir testin nömrəsinin qarşısında qeyd etdiyiniz cavab variantının yanında düzgün olduğunu bildirən ( + ) işarəsi qoyulur, ümumi bal hesablanır , cavab kartında qeyd olunur, cavab kartının şəkli çəkilir, sizin cavablarınızla tanış olmağınız üçün WhatsApp -da yaradılan qrupa qoyulur. Sizin göndərdiyiniz cavab kartı və sizə göndərilən nəticəni əks etdirən cavab kartı olduğu kimi yaddaşda və çap variantı isə fakültə dekanlığında saxlanılır .
İmtahanda iştirak etmək məcburidir. Üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti dəfə imtahan verərkən güzəştlərdən yararlana bilməyəcək.
Təhsil haqqı borcu olan tələbələr imtahana buraxılmayacaq. Belə tələbələr təhsil haqqını ödədikdən sonra imtahanlardan müvəffəq qiymət almayan tələbələrlə birlikdə təkrar imtahanlara buraxılacaqlar. Yeni imtahan keçirilməsi barədə (imtahanın keçirilmə vaxtı, imtahanın forması və imtahan sualları yenidən işlənməklə ) əlavə məlumat veriləcək.
İmtahanlar online keçiriləcək. Mobil telefonunuzun elektrik enerjisi ilə dolu və internetə çıxışın olması vacibdir.
İmtahan cədvəli və fənlər üzrə test sualları 25.01.2021 tarixədək Universitetin saytında yerləşdiriləcək.
Testlərin 200 ədədi sual və 5 cavabı ilə birlikdə (cavablar A variantında), 100 ədədi isə cavabları qarışdırılmış variantda tələbələrə paylanılacaq. İmtahanda tələbələrə düşən 50 ədəd sualın 30 ədədi 200 düz cavablı (A variantında) olan suallardan, 20 ədədi isə cavabı qarışdırılmış 100 sualdan seçiləcək.
Tələbə testlər ilə tanış olduqdan sonra çətinlik çəkdiyi mövzu haqqında online dərslərin təşkili üçün dekanlığa müraciət edərək fənn müəllimindən məsləhət ala bilər.
QEYD! Suallarla əvvəlcədən tanış olub araşdrmaq lazımdır. Suallarda yarana bilən texniki və ya elmi səhvlər barədə 23 dekabr 2020-ci il tarixə qədər WhatsApp qrup rəhbərinə məlumat verilməlidir. İmtahan günü heç bir irad qəbul edilməyəcək.
Magistratura səviyyəsində təhsilalanlar üçün
Magistratura səviyyəsi üzrə ixtisaslarda imtahanlar pandemiya şəraiti ilə əlaqədar olaraq karantin tətbiq edildiyinə görə WhatsApp platforması üzərindən məsafədən (online) yazılı formada təşkil ediləcək. İmtahana qədərki ballar müəllimin tələbə ilə apardığı sorğu əsasında hesablanacaq. Tələbəyə 5 sual təqdim ediləcək, hər sualın cavabı 0-10 balla qiymətləndiriləcək. Tələbənin aldığı orta bal 5-ə vurularaq ona imtahanaqədərki bal hesablanacaq (cəmi 5 sual). Magistratura səviyyəsində imtahanların keçirilməsi üçün WhatsApp platforması üzərindən qruplar yaradıcılacaq. Tələbələr ixtisaslar üzrə bu qruplara qoşulacaq.
Magistratura səviyyəsi üzrə bütün kurs tələbələri WhatsApp platforması üzərindən online yazılı imtahanlar zamanı əvvəlcədən aşağıdakı hazırlıqları görməlidirlər.
Ağ vərəqdə (dəftər vərəqi də ola bilər) ixtisasın adını, kursu, imtahan verdiyi fənnin adını, öz adı və soyadını, imtahanın verildiyi tarixi qeyd etməlidir.
Nümunə
Magistratura şöbə, Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisası
1-ci kurs, Fənn – Azərbaycan tarixinin aktual problemləri
Məmmədov Qulu Ramiz oğlu 15.01.2021
Tələbəyə hər bir fənn üzrə 5 sualdan ibarət bilet təqdim ediləcək. Tələbə əvvəlcədən hazırladığı vərəqdə sualların cavabını yazmalıdır. Cavablar yazılan zaman sualların ardıcıl yazılması məcburi deyil. Sadəcə cavabın qarşısında sualın nömrəsini qeyd etmək lazımdır. Misal üçün :
1-ci sualın cavabı-
3-cü sualın cavabı və s.
Hər bir sual 0-10 bal qiymətləndiriləcək.
Tələbənin yazılı imtahandan əvvəl hər bir fənn üçün yaratdığı vərəqi cavab kartı adlandıracaq. Bütün məlumatları tələbə diyircəkli qələm (ruçka) ilə yazmalıdır.
İmtahana 2 (iki) saat vaxt verilir. İmtahan üçün tərtib olunmuş bilet imtahanın başlanmasına 10-15 dəqiqə qalmış WhatsApp-da tələbəyə göndəriələcək. Bunun üçün tyutorlar sizinlə əlaqə saxlayıb sizin telefon nömrənizi (WhatsApp-a qoşulmuş öz nömrəniz və ya ailə üzvlərindən birinin nömrəsi ola bilər) alıb sizi qrupa qoşacaqlar. WhatsApp mühitindən istifadə sadə və hamı üçün əlçatan olduğundan imtahan prosesi bu mühitdə təşkil olunur.
İmtahanın başlanma vaxtı imtahan cədvəlində göstəriləcək.
Bütün imtahanlar əvvəlcədən təsdiq edilmiş cədvəldə göstərilən vaxtda başlayır.
İki saat ərzində sualların yazılı cavabları müəyyənləşdirilməli, əvvəlcədən hazırlanmış cavab kartı üzərində qeyd edilməli, telefonla cavab kartının şəkli çəkilməli və şəklin telefonda çəkilmiş (cavab kartını çəkən zaman diqqətli olmalı, informasiyanın düzgün əks olunmasına fikir verilməlidir) surəti imtahanın bitməsinə 15 dəqiqə qalmış WhatsApp -da yaradılmış qrupa qoyulmalıdır.
Tələbənin göndərdiyi cavab kartının WhatsApp qrupuna qoyulma vaxtı (saat, dəqiqə və saniyə) sistem tərəfindən qeydə alınır.
Cavab kartının surətinin WhatsApp qrupuna qoyulma vaxtı: 1145-dən 1200-dək
İki saat tamam olduqdan sonra WhatsApp qrupuna göndərilən cavab kartını sistem qəbul etməyəcək.
Sizin göndərdiyiniz cavab kartı olduğu kimi çap olunur, hər bir sualın cavabları mütəxəssislər tərəfindən yoxlanılacaq. Ümumi bal hesablanacaq , cavab kartında qeyd olunacaq, cavab kartının şəkli çəkiləcək, sizin cavablarınızla tanış olmağınız üçün WhatsApp -da yaradılan qrupa qoyulacaq. Sizin göndərdiyiniz cavab kartı və sizə göndərilən nəticəni əks etdirən cavab kartı olduğu kimi yaddaşda və çap variantı isə fakültə dekanlığında saxlanılacaq.
İmtahanda iştirak etmək məcburidir. Üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti dəfə imtahan verərkən güzəştlərdən yararlana bilməyəcək.
Təhsil haqqı borcu olan tələbələr imtahana buraxılmayacaq. Belə tələbələr təhsil haqqını ödədikdən sonra imtahanlardan müvəffəq qiymət almayan tələbələrlə birlikdə təkrar imtahanlara buraxılacaqlar. Yeni imtahan keçirilməsi barədə (imtahanın keçirilmə vaxtı, imtahanın forması və imtahan sualları yenidən işlənməklə ) əlavə məlumat veriləcək.
İmtahanlar online keçiriləcək. Mobil telefonunuzun elektrik enerjisi ilə dolu və internetə çıxışın olması vacibdir.
Tələbə imtahan sualları ilə tanış olduqdan sonra çətinlik çəkdiyi mövzu haqqında online dərslərin təşkili üçün dekanlığa müraciət edərək fənn müəllimindən məsləhət ala bilər.
QEYD! Suallarla əvvəlcədən tanış olub araşdrmaq lazımdır. Suallarda yarana bilən texniki və ya elmi səhvlər barədə 11 yanvar 2021-ci il tarixə qədər WhatsApp qrup rəhbərinə məlumat verilməlidir. İmtahan günü heç bir irad qəbul edilməyəcək.
Tələbəyə 5 sualdan ibarət bilet təqdim ediləcək, hər sualın cavabı 0-10 balla qiymətləndiriləcək.
Tələbə yazılı imtahanda 5 suala düzgün cavab yazıbsa və hər sual 8 balla qiymətləndirilibsə, onun yekun imtahan balı 5×8=40 bal götürülür. Yazılı imtahan üzrə toplanılmış balın üzərinə müəllimin əvvəlcədən tələbə ilə apardığı sorğu əsasında hesablanmış imtahana qədərki bal əlavə ediləcək. Məsələn, 40 bal+ 45 bal= 85 bal (B)
Yenidən hazırlanma ixtisaslarında
Yenidən hazırlanma ixtisaslarında məqbul və imtahan sesiyası pandemiya şəraiti ilə əlaqədar olaraq karantin tətbiq edildiyinə görə WhatsApp platforması üzərindən məsafədən (online) qaydada yazılı formada təşkil ediləcək.
Yenidən hazırlanma ixtisaslarında imtahanlar WhatsApp” platforması vasitəsilə online formada yazılı şəkildə keçirilən zaman müdavimlərə 3 sualdan ibarət bilet təqdim ediləcək.
Yenidən hazırlanma ixtisaslarında imtahanların keçirilməsi üçün WhatsApp platforması üzərindən qruplar yaradıcılacaq. Tələbələr ixtisaslar üzrə bu qruplara qoşulacaq.
Yenidən hazırlanma ixtisaslarında WhatsApp platforması üzərindən online yazılı imtahanlar zamanı əvvəlcədən aşağıdakı hazırlıqları görməlidirlər.
Ağ vərəqdə (dəftər vərəqi də ola bilər) ixtisasın adını, kursu, imtahan verdiyi fənnin adını, öz adı və soyadını, imtahanın verildiyi tarixi qeyd etməlidir.
Nümunə
Əlavə təhsil fakültəsi, Tarix müəllimliyi ixtisası
1-ci kurs, Fənn – Azərbaycan tarixinin aktual problemləri
Məmmədov Qulu Ramiz oğlu 24.01.2021
Müdavimə hər bir fənn üzrə 3 sualdan ibarət bilet təqdim ediləcək. Tələbə əvvəlcədən hazırladığı vərəqdə sualların cavabını yazmalıdır. Cavablar yazılan zaman sualların ardıcıl yazılması məcburi deyil. Sadəcə cavabın qarşısında sualın nömrəsini qeyd etmək lazımdır. Misal üçün :
1-ci sualın cavabı-
3-cü sualın cavabı və s.
Bütün imtahanlar əvvəlcədən təsdiq edilmiş cədvəldə göstərilən vaxtda başlayır.
Müdavimlərin biliyi “əla” (5), “yaxşı” (4), “kafi” (3) və “qeyri-kafi” (2) qiymətlərlə qiymətləndiriləcək.
Bütün təhsil formaları üzrə əyani və qiyabi təhsil formalarında və yenidənhazırlanma ixtisaslarında təhsil alan tələbələr (müdavimlər) imtahan qiymətindən narazı olduğu halda (tələbənin cavab blankı yoxlanılıb nəticə ona elan olunduqdan sonra) hansı nömrəli biletin (və ya testin) cavabının düzgün olmadığını qeyd etməkləWhatsApp -dan istifadə etməklə universitet rektorunun adına aşağıdakı məzmunda ərizə ilə müraciət etməlidir.
N Ü M U N Ə
Gəncə Dövlət Univeritetinin rektoru Y.Ə. Yusibova
Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının 1-ci kurs 1-ci qrup tələbəsi Şeyxzamanlı Tomris Comərd qızından
ƏRİZƏ
Hörmətli Yusif müəllim!
XX.XX.2020 tarixdə “ fənnin adı” fənnindən imtahan vermişəm və xx ___ bal toplamışam. N1, N2-ci testlərdə (№-li biletdə 1-ci sual) mənim qeyd etdiyim cavablara görə düzgün bal verilməyib. Mənim cavabım düzgündür. Mənim cavablarımın yenidən yoxlanmasını Xahiş edirəm
İmza ……
REKTORLUQ