SINAQ İMTAHANININ TƏLİMATI

Bakalavriat təhsil səviyyəsində əyani təhsil alan tələbələr üçün 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında məsafədən (online) imtahana hazırlıq məqsədi ilə təşkil olunacaq

SINAQ İMTAHANININ TƏLİMATI

Sınaq imtahanının keçirilməsində məqsəd 12.01.2021-ci il tarixində başlayan payız imtahan sessiyasında tələbələrə imtahan prosesində suallara baxmaq, cavablandırmaq, imtahanı yekunlaşdırmaq, imtahan balını öyrənmək, qeyd etdiyi sualların düzgünlüyünü bilmək və bütün qrup tələbələrinin qiymətlərini öyrənmək  kimi vərdişləri aşılamaqdan ibarətdir. Sınaq imtahanında Azərbaycan coğrafiyası  və Vətən müharibəsi ilə bağlı 10 test verilir.

Testlər çətinlik dərəcəsinə görə müxtəlif balla qiymətləndirilir. 6 test (3bal), 3 test (5 bal) və 1 test (7bal) verilir. İmtahanda maksimum 40 bal toplanıla bilər.

Sınaq imtahanı bütün ixtisasların I, II, III, IV və V kurslarında 07.01.2021-ci il tarixlərində təşkil ediləcək.  

Sınaq imtahanı saat 10-da I və II kurslar, saat 11 -də isə III, IV və V kurslar üçün təşkil olunacaq.

İmtahan üçün 10 dəq + əlavə 5 dəq vaxt müəyyən edilib. 10 dəq vaxt imtahan üçün, əlavə verilən 5 dəq vaxt isə imtahanın bitirilməsi üçün nəzərdə tutulub.

Nələri bilmək vacibdir:

  • Bütün suallar vahid pəncərədə əks olunur. Səhifəni aşağı və yuxarı istiqamətdə hərəkət etdirməklə birinci və sonuncu suala baxmaq mümkündür;
  • İstənilən bir sualın cavabını imtahanı sonlandırmadan öncə yenidən dəyişmək mümkündür. Hər bir sualın yalnız bir doğru cavabı var;
  • Hər bir tələbyə təqdim olunan testlər biri-birindən fərqlənir. Proqram bazada olan sualları və cavabları qarışdırdıqdan sonra tələbələrə təqdim edir;
  • Hər bir sualın qarşısında həmin sual üçün verilən bal göstərilmişdir;
  • Suallara istənilən ardıcıllıqla cavab vermək olar. Bilmədiyiniz sualı cavablandırmadan digər suala keçmək mümkündür;
  • Səhv qeyd edilmiş cavaba görə düzgün cavabların ümumi balından heç bir bal silinmir.

Test imtahanının nəticələrinin təsdiqindən sonra imtahandan toplanan bal ekranda əks olunacaq. Yəni imtahanın sonunda bütün testlərə düzgün cavab verildiyi halda toplanması mümkün olan ümumi bal (40 bal), tələbənin qeyd etdiyi düzgün testlərə əsasən verilən imtahan balı əks olunacaq. Qeyd edək ki, 10 dəqiqədən əvvəl imtahanı bitirən tələbələrin qiymətini sistem yaddaşında saxlamır. 10 dəqiqə tamam olduqdan sonra isə mütləq təsdiq düyməsini qeyd etmək lazımdır. Əgər təsdiq düyməsi sıxılmazsa bu qiymətləri imahandan sonra bərpa etmək mümkün deyil. Microsoft Teams sistemində bu tip məsələnin həlli nəzərdə tutlmayıb. (İmtahandan sonra bu tip şikayətlərin baxılması sistemdə nəzərdə tutlmadığından mümkün deyil). İmtahan başa çatdıqdan sonra bütün tələbələr imtahan qiymətlərini biləcəklər.

Nəticələrə baxın düyməsini sıxmaqla nələri görmək mümkündür:

  • sistem tərəfindən avtomatik olaraq hesablanmış ümumi bal,
  • imtahan ərzində düşən hər bir sual,
  • hər bir suala verilən cavab (düzgün və ya səhv).

İmtahandan 1 saat sonra hər bir qrupun imtahan səhifəsində qrupun yekun imtahan cədvəli əks olunacaq və hər bir tələbə qrupda bütün tələbələrin qiymətlərini  görə bilərlər.

Tələbəyə imtahandan əvvəl və  ya imtahan zamanı universitetdən video zəng olacaq.Tələbə telefonu açmalı, telefon ilə imtahan otağını, iş masasının üstünü vizual olaraq göstərməlidir. Tələbəyə imtahan prosesində heç kəs kömək etməməlidir.

Qeydlər

  • Microsoft Teams platformasına daxil olmaq üçün istifadə olunan şifrələri yadda saxlamaq çox vacibdir. Universitetdən məzun olana qədər bu şifrələr istifadə olunacaq. Şifrəni unutmamaq üçün mütləq qeyd etmək və saxlamaq lazımdır;
  • Tələbə hökmən sınaq imtahanında iştirak etməlidir;
  • Tələbə imtahana qədər  təhsil haqqını ödəməlidir;
  • Tələbə imtahanda iştirak etməzsə həmin imtahan üçün təşkil ediləcək təkrar imtahanda heç bir güzəştdən istifadə edə bilməyəcək.

Bu təlimat sınaq imtahanı üçün nəzərdə tutulmuşdur. Daha ətraflı məlumat üçün “Bakalavriat təhsil səviyyəsində əyani təhsil alan tələbələr üçün 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında məsafədən (online) imtahan zamanı Microsoft Teams platformasından istifadə haqqında TƏLİMAT” sənədinə baxmaq tövsiyyə olunur.